Mask Trampın 2032-ci ildə yenidən seçilməsi ilə bağlı öncədən düşünməyə çağırdı

DÜNYA
11:11 / 25.04.2025
55

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın 2032-ci ildə dördüncü müddətə yenidən seçilməsi ehtimalını dəyərləndirib. Milyarder bu məsələ ilə bağlı "öncədən düşünmək" lazım olduğunu bildirib. 

HİT.az xəbər verir ki, o, bu fikrini "X" sosial şəbəkəsində (əvvəlki Twitter) paylaşdığı yazıda qeyd edib.

"Öncədən düşünün!" deyən Mask bu ifadəni "Tramp 2032" şüarı yazılmış papağın fotosunu paylaşan istifadəçinin yazısına cavab olaraq yazıb.

25 aprel tarixində məlumat verilmişdi ki, Trampın onlayn mağazasında "Tramp-2028" şüarı yazılmış futbolkalar və papaqlar satışa çıxarılıb. Bu, Amerika liderinin üçüncü müddətə postunda qalmaq niyyətinə dair xəbərlər fonunda baş verib.

Mağazada tünd göy və qırmızı rənglərdə olan, üzərində "Tramp 2028 (Qaydaları yenidən yazırıq)" yazılmış futbolkalar 36 dollar qiymətə satışa təqdim edilib. "The Guardian" qəzeti yazır ki, bu məhsullar Trampın populyarlığının azalması fonunda satışa çıxarılıb.

ABŞ prezidenti Donald Tramp dəfələrlə 22-ci konstitusiya düzəlişi ilə qoyulmuş qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizədliyini verməyi nəzərdən keçirdiyini bildirib. 

Samir
 

0