Pakistanın müdafiə naziri Xavaca Asif deyib ki, dünya ictimaiyyəti İslamabad və Yeni Dehli arasında münaqişənin kəskinləşməsindən ehtiyatlı olmalıdır.
HİT.az xəbər verir ki, o, iki ölkə arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını da dəyərləndirib.
Asif "Sky News"a deyib: "İki nüvə dövlətinin toqquşması həmişə narahatedici bir vəziyyətdir. Əgər bir şey səhv olarsa, bu qarşıdurma faciəvi şəkildə bitə bilər".
Nazir vurğulayıb ki, Pakistan Hindistandan istənilən hücuma eyni şəkildə cavab verəcək.
Eyni zamanda, o, münaqişənin diplomatik yolla həllinə ümid edir. Asif hesab hesab edir ki, ABŞ prezidenti Donald Tramp hər iki tərəfin vəziyyəti bildiyi üçün vəziyyətin həllində iştirak etməlidir.
Aprelin 22-də Hindistanın şimalında, Kəşmirin Pahalqam şəhərində terror aktı baş verib. Pakistanın dəstəklədiyi Kəşmir Müqaviməti qrupunun yaraqlıları Baisaran vadisində cığırda turistlərə atəş açıb. Nəticədə 26 nəfər həlak olub.
Samir