NATO ölkələrinin bir illik müdafiə xərcləri: 1,3 trilyon dollar...

DÜNYA
15:35 / 25.04.2025
46

Keçən il NATO-ya üzv olan 32 ölkə öz müdafiəsinə ümumilikdə 1 trilyon 303 trilyon dollar xərcləyib və proqnozları üstələyib.

HİT.az xəbər verir ki, bu barədə “Euractiv” Şimali Atlantika Alyansının hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Avropa və Kanadada müdafiəyə 468 milyard ABŞ dolları xərclənib. Eyni zamanda ABŞ 818 milyard ABŞ dolları xərcləyib.

Sənədə əsasən, əvvəlki ildə - 2023-cü ildə NATO üzvləri müdafiəyə 200 milyard dollar az xərcləyib. Belə ki, ötən il NATO ölkələri müdafiəyə əvvəlki illə müqayisədə 19% çox vəsait sərf edib.

Bundan əlavə, 32 NATO ölkəsindən 22-si ÜDM-in müdafiə xərclərinin 2%-lik hədəfinə nail olub.

İlin əvvəlində dərc edilən ilkin hesablamalara görə, 23 ölkənin bu həddə çatacağı gözlənilirdi, lakin Monteneqro hələ ki, bu həddə çatmayıb. Bununla yanaşı, Vaşinqton artıq müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaqda israrlıdır. Müzakirələr davam edir və NATO diplomatları təklif edirlər ki, 3% və ya 3.5% səviyyəsində kompromis əldə oluna bilər. Yekun qərar Alyans liderlərinin iyunun sonunda Haaqada keçiriləcək sammitində veriləcək.

Samir

0