Tramp: Üçüncü müddətə yenidən seçilməyim üçün boşluqlar var, amma...

DÜNYA
18:20 / 25.04.2025
57

ABŞ prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində üçüncü müddətə seçilmə ehtimalı ilə bağlı sualı cavablandırıb. 

HİT.az xəbər verir ki, o, mövzunu ətraflı müzakirə etməkdən imtina edib.

"İndi bu barədə danışmamağa üstünlük verərdim. Amma bildiyiniz kimi, bəzi boşluqlar var ki, onlar geniş müzakirə olunur. Lakin mən onlara inanmıram və istifadə olunmasının tərəfdarı deyiləm", deyə Tramp bildirib.

Tramp hansı boşluqları nəzərdə tutduğunu dəqiqləşdirməyib, lakin ABŞ-da Konstitusiyaya edilən 22-ci düzəliş şəxsin iki müddətdən artıq prezident vəzifəsini icra etməsini qadağan edir.

Cümə günü amerikalı sahibkar İlon Mask 2032-ci ildə dördüncü müddətə Trampın hipotetik şəkildə yenidən seçilməsini qiymətləndirib, milyarder bu məsələdə qabaqdan düşünmək lazım olduğunu bildirib

Həmin gün “The Guardian” yazıb ki, Trampın internet mağazası Amerika liderinin üçüncü müddətə vəzifədə qalmaq niyyəti ilə bağlı xəbərlər fonunda “Trump 2028” köynəkləri və kepkaları satmağa başlayıb. Mağazada “Trump 2028 (Qaydaları Yenidən Yazın)” şüarı ilə göy və qırmızı köynəklər 36 dollara satılır. Nəşr yazır ki, satışlar Trampın populyarlığının azalması fonunda başlayıb.

Samir
 

0