266-cı Roma Papası Fransiskin nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub.
HİT.az xəbər verir ki, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib.
Mərasimə Kardinal Kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edib.
Üç gün ərzində Müqəddəs Pyotr Kilsəsinə Fransisklə vidalaşmağa 250 min insan gəlib. Meydanda ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melani də daxil olmaqla 80 dövlət və hökumət başçısı, Belçika, İordaniya, İspaniya kralları da daxil olmaqla 10 kral, həmçinin Konstantinopol patriarxı Varfolomey də daxil olmaqla dini nümayəndələr iştirak edib.
Qeyd edək ki, Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik olub. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısına təsadüf edir. Kilsə Romada, yeddi təpədən birində - Eskvilin təpəsində yerləşsə də, rəsmi olaraq Vatikanın hakimiyyəti altında hesab edilir.