Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə SPA agentliyi iki ölkənin birgə bəyanatına istinadən məlumat yayıb.
"Səudiyyə Ərəbistanı və Qətərin maliyyə nazirlikləri Suriyanın Dünya Bankına olan təxminən 15 milyon dollarlıq borcunu ödəyəcəklərini açıqlayıblar", deyə qeyd edilib.
Ölkələr bildiriblər ki, borcun ödənilməsi Dünya Bankına Suriyaya dəstəyini davam etdirməyə imkan verəcək.
Aprelin 20-də Suriyanın maliyyə naziri Məhəmməd Yaser Barnia ölkənin beynəlxalq maliyyə sisteminə qayıtması imkanlarını müzakirə etmək üçün ABŞ-a gedəcəyini bəyan edib. Onun sözlərinə görə, ABŞ-da Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantılarında Dəməşqi təmsil edəcək.
Aprelin 18-də France 24 hökumətin nağd pul çıxarma ilə bağlı məhdudiyyətləri səbəbindən suriyalıların ciddi nağd pul çatışmazlığı ilə üzləşdiyini bildirib. Jurnalistlərin fikrincə, özəl valyutadəyişmə məntəqələri Bəşər Əsədin dövründə Suriya funt sterlinqində pul axınını qəsdən azaldıb.
Samir