Respublikaçı senator: "Putin hər addımda Trampı aldadır"

DÜNYA
14:52 / 28.04.2025
77

"Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinə və danışıqlar aparanlara verdiyi bütün vədləri pozub. Donald Tramp Putin və Rusiyanı "balıq yeməyinə" çevirməyə hazır olmalıdır".

HİT.az xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından olan ABŞ senatoru Con Kennedi "Fox News" telekanalının efirində deyib.

"Putinə onu və ölkəsini "balıq yeməyinə" çevirməyə hazır olduğumuzu başa salmayınca, vəziyyətin yaxşılaşacağını düşünmürəm", deyə Kennedi bildirib.

Eyni zamanda, respublikaçı senator aydınlaşdırıb ki, söhbət nüvə müharibəsindən yox, Rusiyaya qarşı sərt iqtisadi sanksiyalardan gedir. O, bəyan edib ki, Putin Trampı cəzasızlıqla aldadır:

"Putin Trampa verdiyi bütün vədləri pozdu. O, zəbt etdiyi bütün əraziləri saxlamaq istəyir. Putin hesab edir ki, Amerika axmaqlar şəhərinə doğru sürətlə irəliləyir. O, bizim ondan qorxduğumuzu düşünür. Və əməllərinə görə çox ağır qarşılıq ödəməli olacağını anlayana qədər bu cür davranmağa davam edəcək. O, Trampı hər addımda aldadır".

Kennedi Rusiya iqtisadiyyatına daha sərt təzyiq göstərməyə, o cümlədən Moskva üçün əsas olan neft satışlarını tamamilə dayandırmağa çağırıb.

Samir
 

0