Fransalı siyasətçi: Tramp sülhə mane olan Makrondan qurtulmalıdır

DÜNYA
16:51 / 28.04.2025
46

"ABŞ prezidenti Donald Tramp müharibədən qaçmaq üçün Fransa lideri Emmanuel Makrondan qurtulmalıdır". 

HİT.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində yazıb.

"Tramp ona xor baxır. O bilir ki, Makron sülhün qarşısını almaq istəyir. Ona görə də Tramp müharibədən qaçmaq üçün ondan qurtulmalıdır", deyə Filippo qeyd edib.

O, Ağ Ev rəhbərinin artıq Fransa liderini zəif adlandırdığını xatırladıb və əlavə edib ki, Makron Fransanın tam əksidir.

Aprelin 26-da Makron özü X sosial şəbəkəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə Romada danışıqları “çox müsbət” adlandırıb. Onun sözlərinə görə, Ukrayna prezidenti Kiyevin qeyd-şərtsiz atəşkəsə hazır olduğunu təsdiqləyib.

Makron həmçinin Papa Fransisklə vida mərasimindən əvvəl Vatikanda Tramp və Zelenskinin söhbətinə qatılmaq istəyib, lakin Amerika lideri buna qadağa qoyub. Ağ Ev rəhbəri əli ilə onun yolunu kəsib və Makrona bu söhbətə qatılmamağı tövsiyə edib.

Samir

0