Bəzi ölkələr Trampın siyasətinə görə ABŞ alimlərini "oğurlayır"

DÜNYA
23:34 / 28.04.2025
42

Prezident Donald Trampın tədqiqatların maliyyələşdirilməsini azaltmaq siyasəti fonunda bəzi ölkələr amerikalı alimləri cəlb edir.

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Qeyd olunur ki, belə ölkələr sırasına Kanada, Fransa və Almaniya daxildir. ABŞ alimlərinə tədqiqat layihələri və sadələşdirilmiş immiqrasiya prosedurları üçün maliyyə təklif olunur. Məsələn, Norveç hökuməti beynəlxalq tədqiqatçıları cəlb etmək üçün 9,6 milyon dollarlıq fond yaradıb. Avstraliya da ABŞ-dan tədqiqatçıları cəlb etmək üçün proqram qurub.

Oxşar proqramlar Belçika, Niderland, Fransa və Almaniya tərəfindən həyata keçirilib.

"Prezident Donald Trampın elmi maliyyələşdirmə və federal agentlikləri kəskin şəkildə kəsməsi fonunda amerikalı tədqiqatçıları və həkimləri cəlb etmək yarışı daha da güclənir", deyə nəşr yazıb.

Samir
 

0