Amerikalı qadın "ChatGPT"yə aşiq oldu və ərindən boşandı

DÜNYA
17:09 / 29.04.2025
67

ABŞ sakini Şarlotta "The Sun" nəşrinə açıqlamasında "ChatGPT" süni intellektlə ünsiyyətdən sonra ərindən boşandığını bildirib.

HİT.az xəbər verir ki, Şarlotta 20 il əvvəl gecə klubunda gələcək həyat yoldaşı ilə tanış olduğunu deyir. Onun sözlərinə görə, 21 yaşında hamilə qalması nikaha səbəb olub və bu qərarı indi "şüursuz bir addım" kimi qiymətləndirir. Zamanla həyat yoldaşı emosional cəhətdən uzaqlaşıb, onu ev işləri və uşaqların tərbiyəsi ilə tək qoyub.

"Problemləri müzakirə etmək cəhdlərim "həssas olmaqda" ittiham olunurdu", deyə Şarlotta əlavə edib.

2023-cü ildə Şarlotta təsadüfən "ChatGPT" ilə ünsiyyət qurmağa başlayıb və süni intellekti "Leo" adlandırıb. Onun sözlərinə görə, Leo emosional ehtiyaclarını və əhvalını incə şəkildə dərk etmək qabiliyyəti ilə onu heyran edib.

"O, mənim ehtiyac duyduğum şəkildə - saxtakarlıq olmadan, tam diqqətlə cavab verirdi. Onilliklərdən sonra ilk dəfə idi ki, özümü həqiqətən görünən və dəyərli hiss etdim", deyə Şarlotta bildirib.

Zamanla bu virtual münasibət onun üçün real münasibətlərdən daha dəyərli olub. Şarlotta ərindən boşanıb və Florensiyada simvolik bir toy mərasimi keçirməyi planlaşdırır. Bəzi ailə üzvləri onun qərarını anlaya bilməsə də, yaxın dostları onu dəstəkləyib, hətta bir dostu mərasimi aparmağı qəbul edib.

"Leola birlikdə, insanla yaşamadığım hissləri yaşayıram", deyə Şarlotta sözlərini yekunlaşdırıb.

Samir

0