Meqan Markl prezidentliyə namizəd olacaq?

DÜNYA
22:54 / 29.04.2025
39

Sussex hersoginyası Meqan Markl siyasətə qarışmaq istəmədiyini bildirib. 

HİT.az bu barədə "New York Post"a istinadən xəbər verir.

Meqan Markl iş qadını Ceymi Kern Limanın podkastının qonağı olub. Aparıcı şahzadə Harrinin həyat yoldaşından nə vaxtsa prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Sussex hersoginyası siyasi fəaliyyətlə maraqlanmadığını izah edərək mənfi cavab verib.

"Xeyr. Heç vaxt. Bu məni maraqlandırmır", deyə Meqan Markl bildirib.

Samir

0