Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampa Rusiya ilə danışıqlarda "Ukrayna üçün diktə edilmiş sülh"lə razılaşmamaq barədə xəbərdarlıq edib.
HİT.az bu barədə N-TV-yə istinadən xəbər verir.
"Dünyanın ən böyük oyunçularından biri olan ABŞ Ukraynaya qarşı növbəti təcavüzə gətirib çıxaran saziş, pakt bağlamaqda maraqlı ola bilməz", deyə Berbok bildirib.
Onun sözlərinə görə, qitənin etibarlı və davamlı sülhə ehtiyacı var və avropalılar bunu müdafiə edirlər.
Bir gün əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bloger Çarli Kirklə müsahibəsində Ukraynada hərbi əməliyyatların davam etdirilməsinin nüvə eskalasiyasına səbəb ola biləcəyini deyib. Siyasətçinin fikrincə, Ukrayna münaqişəsinə son qoymaq Vaşinqtonun rəsmi siyasətidir. Prezident Tramp öz komandasına lazım olan bütün vasitələrlə döyüşləri dayandırmağa çalışmaq tapşırıb.
Aprelin 24-də Trampın özü bəyan edib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına əsas maneə Ukrayna lideri Volodimir Zelenskinin mövqeyidir. Onun sözlərinə görə, diplomatik səylərə və müttəfiqlərin təzyiqlərinə baxmayaraq, Kiyev Vaşinqtonun əsas təkliflərini rədd edir.
Samir