"Avropa Qərbin və Şərqin təzyiqi altındadır və dünya səhnəsində sağ qalmaq üçün yalnız özünə güvənməlidir".
HİT.az "Ceske Noviny" portalına istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.
Pavel Ukraynadakı münaqişəyə və ABŞ-ın tətbiq etdiyi iqtisadi tariflərə toxunaraq, Şərqdən hərbi, Qərbdən isə siyasi və iqtisadi təzyiqlərlə üzləşdiklərini bildirib.
Onun fikrincə, bu təzyiq Avropanı elə bir yerə çatdırmalıdır ki, qitə artıq heç kimdən asılı olmasın və kifayət qədər öz potensialına malik olsun. Çexiya prezidenti vurğulayıb ki, qitə vahid bütöv kimi fəaliyyət göstərməsə, dünya səhnəsində öz əhəmiyyətini tamamilə itirəcək.
Samir