Polşa XİN: Ukrayna döyüşü dayandırsa, mövcudluğunu itirəcək

DÜNYA
20:58 / 30.04.2025
50

"ABŞ prezidenti Donald Tramp Vladimir Putini Ukraynaya qarşı təcavüzü dayandırmağa inandırmalıdır. Əgər Ukrayna döyüşü dayandırsa, o, mövcudluğunu dayandıracaq".

HİT.az Polşa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Polşanın xarici işlər naziri Radoslav Şikorski Şimal-Baltik Səkkizliyi (NB8) və “Veymar üçbucağı” ölkələrinin (Polşa, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşündə deyib.

"Xatırladıram ki, Putin döyüşü dayandırsa, bu müharibə bitəcək. Ukrayna döyüşü dayandırsa, bu, Ukraynanın sonu olacaq. Nə etmək lazımdır: Putinə bu fəlakətli, cinayətkar təcavüzə son qoymaq üçün səbəb vermək lazımdır. Prezident Trampı bu fikrə inandırmağa çalışacağıq", deyə Şikorski vurğulayıb.

Polşanın xarici işlər naziri Radoslav Şikorski qeyd edib ki, Polşa Qrenlandiyanı Danimarkanın ərazisi hesab edir və "çox gözəl" olmasına baxmayaraq, Bornholm adasına ərazi iddiaları irəli sürmür.

Samir

0