Corc Kluninin həyat yoldaşının ABŞ-a girişi qadağan oluna bilər

DÜNYA
23:37 / 01.05.2025
44

Aktyor Corc Kluninin həyat yoldaşı, vəkil Amal Kluninin Donald Trampın sanksiyaları səbəbindən ABŞ-a giriş qadağan oluna bilər.

Hit.az xənər verir ki, bu barədə barədə "People" məlumat yayıb.

Fevral ayında Amerika lideri Amerikanın müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb. Daha sonra “Financial Times” Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbərdar edib ki, qanun Beynəlxalq Cinayət Məhkəməsində (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün həbs orderlərinin hazırlanmasına kömək edən Amal Kluni də daxil olmaqla, bir sıra vəkillərə təsir edə bilər.

Amal Kluni Livanda anadan olub, lakin iki yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya mühacirət edib və burada Oksfordu bitirib. Onun ABŞ vətəndaşlığı yoxdur. O, 2002-ci ildə Nyu-York Barına qəbul olunaraq ABŞ-da vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Vəkil 2014-cü ilin sentyabrında aktyor Corc Kluni ilə evlənib. Cütlük iki yeddi yaşlı əkiz - Aleksandr və Ella böyüdür.

Samir

0