Məşhur investor: İndi əmanətlərinizin böyük hissəsini nağd pulda saxlayın

DÜNYA
17:45 / 01.05.2025
63

ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi ilə bağlı qeyri-müəyyənlik şəraitində əmanətlərinizin böyük hissəsini nağd pulda saxlamaq daha yaxşıdır.

Hit.az xəbər verir ki, bunu “Mobius Capital Partners” şirkətinin təsisçisi Mark Mobius “Bloomberg” agentliyinə müsahibəsində deyib.

"Bu nöqtədə nağd pul kraldır. Buna görə də fondlardakı pulumun 95%-i nağd şəkildə saxlanılır", deyə investor bildirib.

Mobius təxminən 30 ildir ki, inkişaf etməkdə olan bazarlara sərmayə qoyur. Onun fikrincə, indiki şəraitdə Hindistan yaxşı nəticələr göstərə bilər, lakin vəziyyət düzələnə qədər gözləmək lazımdır. O, digər investorları ticarət danışıqlarını gözləməyə və onların növbəti 4-6 ay ərzində bazarlara təsirini qiymətləndirməyə çağırıb.

Aprelin əvvəlində amerikalı jurnalist və yazıçı Timoti L.O`Brayen Donald Trampın ticarət siyasətindən əl çəkəcəyini və ya onun fəlakətli nəticələrini dərk edəcəyini gözləməməyə çağırıb. Onun fikrincə, Amerika lideri onu şəxsən incidən insanlardan və təşkilatlardan intiqam almaq istəyir.

O'Brayen hesab edir ki, Trampın digər ölkələrlə ticarət müharibəsində əsas məqsədləri özünü yüksəltmək və özünü qorumaqdır. Eyni zamanda, jurnalistin fikrincə, Ağ Ev rəhbəri nəticənin necə olacağı ilə qətiyyən maraqlanmır.

Jurnalist qeyd edib ki, dünyada birjaların çökdüyü və ABŞ-ın tənəzzül proqnozlaşdırdığı bir vaxtda Tramp qolf oynamağın yolları haqqında video yayımlayır.

Samir

0