Fransa prezidenti Emmanuel Makron yeni Papanın seçilməsinə təsir etmək istəyir.
HİT.az xəbər verir ki, bbarədə “Le Monde” qəzeti Roma siyasi dairələrində yayılan şayiələrə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Makron kardinal Matteo Mariya Zuppini pontifik vəzifəsinə irəli sürən Sant'Egidio katolik hərəkatının nümayəndələri ilə bir neçə dəfə görüşüb.
Papa Fransisk aprelin 21-də vəfat edib. Onun 88 yaşı var idi. Aprelin 26-da Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda pontifikin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Katolik kilsəsinin rəhbərinin vəsiyyətinə əsasən, o, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn edilib.
Aprelin 28-də Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni elan edib ki, kardinallar konklavı mayın 7-də yeni Roma Papasını seçmək üçün toplanacaq. Dünyanın hər yerindən yaşı 80-dən aşağı olan 135-ə yaxın kardinal iştirak etmək hüququna malikdir.
Samir