Aİ səlahiyyətliləri Ukrayna münaqişəsində vasitəçi rolundan imtina edə bilər

DÜNYA
18:18 / 02.05.2025
68

ABŞ bu roldan imtina etsə belə, Avropa İttifaqı Ukraynadakı münaqişənin həllində vasitəçi olmağı planlaşdırmır.

HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət sözçüsü Ənvər əl-Anuni bildirib.

"Bizim prioritetimiz Ukraynanın möhkəm mövqeyini təmin etməkdir. Biz hərbi yardımı artırmaqda davam edirik. Aİ ölkələri artıq bu il 23 milyard avro yardım vəd edib. Biz həmçinin sursat tədarükü planının üçdə ikisini yerinə yetirmişik", deyə o, bilıdirib.

Bu bəyanatlar ABŞ-ın danışıqlar səylərinə mümkün son qoyulması fonunda səslənib. Ənvər əl-Anuni qeyd edib ki, Aİ-nin diplomatik səyləri Ukraynanın özünümüdafiə hüququnu dəstəkləməyə yönəlib.

Samir

0