"Politbarometer" sorğusuna əsasən, Xristian Demokrat/Sosial İttifaq (XDS/XSS) blokunun lideri Fridrix Mersin Almaniya Federativ Respublikasının kansleri postuna namizədliyini respondentlərin 40 faizindən azı dəstəkləyir.
HİT.az xəbər verir ki, bu barədə Almaniyanın ZDF telekanalı məlumat yayıb.
"Kansler postuna Fridrix Merz təyin olunsa, bunu almanların yalnız 38 faizi dəstəkləyəcək, 56 faizi isə narazı olacaq. Merz kansler olacağı təqdirdə, hazırkı federal hökumətdən daha az dəstəyə sahib olacaq”, deyə "ZDF" saytında dərc olunan materialda qeyd olunub.
Siyasətçilərin reytinqində Mers altıncı yeri tutur və mənfi 0,3 bal toplayıb. Siyahının ilk pilləsində isə müdafiə naziri Boris Pistorius qərarlaşıb və onun reytinqi 2,3 bal təşkil edir.
Hazırda Merzin rəhbərlik etdiyi və fevral seçkilərində qalib gəlmiş siyasi blok respondentlərin 27 faizinin dəstəyini alır. İkinci yerdə 23 faiz göstərici ilə Almaniya üçün Alternativ ("AfD") partiyası qərarlaşır.
Qeyd edək ki, mayın 2-də Almaniyanın kontrarozvedka xidməti "AfD" partiyasını sabit ekstremist təşkilat kimi tanıyıb. Aidiyyəti açıqlamada partiyanın fəaliyyəti “ekstremist xarakterli və insan ləyaqətinə hörmətsizliklə” səciyyələndirilib.
Samir