Amerika iqtisadiyyatı keçid dövründədir.
HİT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində bildirib.
"Biz yalnız keçid dövründəyik, yeni başlayırıq!", deyə Tramp aprel ayında ABŞ-da iş yerlərinin artımında bir qədər yavaşlama olduğunu göstərən yeni məlumatlar fonunda yazıb.
Amerika lideri həmçinin ABŞ Federal Ehtiyat Sistemini faiz dərəcələrini aşağı salmağa çağırıb.
Mayın 1-də ABŞ Ticarət Palatasının rəhbəri Syuzan Klark Ağ Evin rəhbəri Donald Trampın administrasiyasına məktub göndərərək tənəzzülün qarşısını almaq üçün idxal rüsumlarının təcili olaraq ləğv edilməsini xahiş edib.
Bundan az əvvəl “The Guardian” qəzeti Trampın ikinci prezidentlik müddətinin ilk 100 günündə ABŞ-ın iqtisadi göstəricilərinin aşağı düşdüyünü yazmışdı. Hesabata görə, iqtisadi daralma ölkənin tənəzzülə uğrayacağı və qlobal iqtisadi artımın yavaşlayacağı ilə bağlı qorxulara səbəb olub.
Trump, azalmanı sələfi Co Baydenin üzərinə atmağa çalışdı, lakin ekspertlər bunun istehlakçılar və şirkətlərin prezidentin elan etdiyi tariflərə hazırlaşdıqları üçün idxalda görünməmiş artımla əlaqədar olduğunu söyləyirlər.
Samir