CNN: Qərb kəşfiyyatı Rusiyanın Ukraynadakı məqsədlərinin dəyişdiyini bildirir

DÜNYA
19:19 / 02.05.2025
69

Rusiya hakimiyyəti Ukrayna ilə münaqişədə öz strateji məqsədlərini daha qısamüddətli hədəflərin xeyrinə yenidən nəzərdən keçirib.

HİT.az xəbər verir ki, CNN bu barədə ABŞ və digər Qərb kəşfiyyatı ilə tanış olan mənbələrə istinadən yazıb.

Kanalın mənbələrinə görə, Rusiya artıq işğal olunmuş ərazilərə nəzarəti gücləndirməyə və iqtisadiyyatı dəstəkləməyə diqqət yetirmək niyyətindədir. Bir mənbə bunun ABŞ ilə münasibətləri yaxşılaşdırmaq cəhdi ilə əlaqəli ola biləcəyini irəli sürüb.

Eyni zamanda, CNN-in həmsöhbətlərinin qeyd etdiyi kimi, Rusiya Ukraynanın yeni ərazilərinə nəzarət də daxil olmaqla, “maksimalist hərbi planlarından” əl çəkmir. Bundan əvvəl Amerika kəşfiyyatı Rusiya hakimiyyətinin bu cür niyyətləri barədə Donald Tramp administrasiyasına xəbərdarlıq etmişdi.

Aprelin 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin əsas məqsədi müharibəyə başlayarkən qarşıya qoyduğu məqsədlərə nail olmaqdır: "Biz öz milli maraqlarımızı təmin etməliyik".

Samir
 

0