ABŞ prezidenti Donald Tramp Harvard Universitetinin vergidən azad statusundan məhrum edilməsi planlarını açıqlayıb.
HİT.az xəbər verir ki, bundan əvvəl o, qurumun “təhlükəli ideoloji hərəkatları” təbliğ etdiyini bildirib.
“Truth Social” sosial şəbəkəsində cənab Tramp universitetin fəaliyyətinin belə bir tədbirə layiq olduğunu yazıb. Söhbət İsrail-Fələstin münaqişəsi başlayandan institutda keçirilən Fələstinə dəstək aksiyalarından gedir. Donald Tramp hadisələri antisemitizm və “demokratiya üçün təhlükə” adlandırıb.
Aprel ayında Harvard rəhbərliyi hökumətin Fələstinə dəstək nümayişlərini dayandırmaq tələblərini yerinə yetirməkdən imtina edib. Bundan sonra ABŞ Təhsil Departamenti məktəbdən ayrılan 2,2 milyard dollar hökumət maliyyəsini və 60 milyon dollarlıq müqavilələri kəsdi. Agentlik həmçinin 2,7 milyon dollar dəyərində iki qrantı da ləğv edib.
Aprelin 31-də Harvard Universitetinin prezidenti Alan Qarber institutda mümkün antisemit əhval-ruhiyyəyə görə üzr istəyib. Bu, daxili araşdırmaların nəticələri ictimaiyyətə açıqlandıqdan sonra baş verib. Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil müəssisəsidir.
Samir