Dövlət Departamenti və USAID-in xərcləri 2,5 milyard dollar azalacaq

DÜNYA
23:05 / 02.05.2025
78

ABŞ prezidenti Donald Trampın administrasiyası 2026-cı maliyyə ili üçün federal büdcə layihəsini təqdim edərək, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) xərcləri 2,46 milyard dollar azaltmağı təklif edib.

Hit.az xəbər verir ki, xarici siyasət məqsədləri üçün ümumi maliyyələşdirmənin 2025-ci illə müqayisədə 83,7% azalaraq 9,6 milyard dollara çatdırılması planlaşdırılır.

Təhsil Nazirliyinə ayrılan vəsaitin 4 milyard dollar, ABŞ-ın kibertəhlükəsizlik agentliyinə 491 milyon dollar azaldılması planlaşdırılır. Pentaqonun qeyri-müdafiə xərcləri 163 milyard dollar (22,6%) azaldılacaq, maliyyəni əsas milli təhlükəsizlik vəzifələrinə yönəldəcək.

Eyni zamanda, ABŞ prezident administrasiyası qeyri-qanuni mühacirlərin deportasiyası üçün rekord məbləğdə - 44 milyard dollar ayırmaq, miqrant və qaçqınların məskunlaşdırılması ilə bağlı proqramların maliyyəsini 3,5 milyard dollar azaltmaq niyyətindədir.

Samir

0