Polşa XİN: ABŞ Ukrayna ilə bağlı dialoqda irəliləyiş olmamasına görə səbrini itirir

DÜNYA
23:46 / 02.05.2025
78

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş olmadığı üçün ABŞ tədricən səbrini itirir.

Hit.az xəbər verir ki, o, bu barədə Polsat telekanalına müsahibəsində danışıb.

“ABŞ-ın dövlət katibi Marko Rubio həm NATO-nun nazirlər toplantısında, həm də onunla söhbətimdə bizə dedi ki, ABŞ tərəqqinin olmamasına səbrini itirir”, deyə Polşalı nazir bildirib.

Onun sözlərinə görə, Vaşinqton kəşfiyyat aparıb və aşkar edib ki, hazırda Kiyev və Moskvanın mövqeləri bir-birindən o qədər uzaqdır ki, onları barışdırmaq mümkün deyil.

Aprelin 19-da ABŞ Dövlət Departamenti Ukrayna münaqişəsinin real irəliləyişə nail olmadan həlli üçün sonsuz danışıqlara hazır olmadığını qeyd edib. Dövlət Departamentinin sözçüsü Tammi Bryusun vurğuladığı kimi, Avropa İttifaqı başa düşməlidir ki, ABŞ nəticəsiz müzakirələrə girməyəcək.

Eyni zamanda, Avropa diplomatiyasının nümayəndəsi Ənvər əl-Anuni bəyan edib ki, ABŞ danışıqlardan çıxacağı təqdirdə Avropa İttifaqının Ukrayna nizamlanmasında vasitəçi olmaq niyyəti yoxdur.

Samir

0