NATO-nun şərq cinahı ölkələri ABŞ-ın hərbi əməliyyatlarda qərar qəbul etmə hüquqlarını mümkün məhdudlaşdırmasından narahatlığını ifadə edir.
HİT.az xəbər verir ki, bu barədə "Newsweek" Baltikyanı ölkələrdəki mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, bu narahatlıq ABŞ-ın tədarük edilən silahların istifadəsinə potensial nəzarəti ilə bağlıdır. Adı açıqlanmayan ABŞ hərbi rəsmisi bu narahatlıqların doğruluğunu təsdiqləyib.
Jurnal həmçinin Mərkəzi Avropa ölkəsinin nümayəndəsindən sitat gətirir ki, kənar nəzarət tələb etməyən və qərarların qəbulu prosesinə Birləşmiş Ştatlar kimi üçüncü tərəflərin müdaxiləsini istisna edən muxtar hərbi sistemlərin yaradılması üzərində iş gedir. Bu tendensiya, mənbəyə görə, Avropa silah bazarında rəqabətin artmasına kömək edir.
"Öhdəliklər olmadan hərbi sistemlərin yaradılması istiqamətində iş gedir. Bu, avadanlığı istehsal edən ölkənin, məsələn, ABŞ-ın hakimiyyət orqanlarının ölkələrin qərarlarına müdaxilə ehtimalını aradan qaldırır", deyə məqalədə qeyd edilir.
"Newsweek" bu yaxınlarda xəbər verib ki, Donald Trampın gözlənilməz xarici siyasəti və NATO-ya qarşı tənqidi fikirlər ABŞ-ın Avropadakı müttəfiqlərini öz altıncı nəsil döyüş təyyarələri proqramlarını gücləndirməyə vadar edib.
Samir