Çinin Hunan əyalətində yerləşən bir universitetin tələbələri qədim Xan dövrünə aid resept əsasında 2000 il əvvəlki düyü yeməyini təkrar hazırlayıblar.
HİT.az xəbər verir ki, layihə qədim biliklərin müasir texnologiyalarla sintezini nümayiş etdirərək elmi və kulinariya baxımından maraqlı nəticələr verib.
"Interesting Engineering" nəşrinin məlumatına görə, layihədə 11 tələbədən ibarət qrup qədim hərbi general Vu Yanın məzarından tapılmış bambuk əlyazmasını öyrənib. Rukopisdə generalın sevdiyi düyü reseptinin təsviri yer alırdı. Tələbələr bu resepti maksimum dəqiqliklə təkrar etməyə çalışıblar.
Layihə rəhbəri Şi Cin bildirib ki, düyü sortları və bişirmə üsulları zamanla dəyişdiyindən “tam orijinallıq mümkünsüzdür”. Buna baxmayaraq, onlar qədim üsullarla müasir avadanlıqları birləşdirərək qədim Çin müdrikliyinə toxunmağa çalışıblar.
Tələbələr bu məqsədlə müasir buxar aparatları əvəzinə hələ də Çin kəndlərində istifadə edilən taxta buxar qabları və gildən hazırlanmış qazanlardan istifadə ediblər. Mətbəx üzrə mütəxəssis Xe Cüsiyanın məsləhəti ilə Han dövrünün Hunan bölgəsində yetişdirilən düyü sortuna bənzər, yapışmayan düyü növü seçilib.
Hazırlama prosesi belə olub:
– Düyü yarım saat suda isladılıb (bu, əlyazmada qeyd olunub),
– Su süzülüb və düyü 20 dəqiqə qaynadılıb,
– Daha sonra düyü havada qurudulub,
– Ardınca üzərinə yenidən su əlavə olunaraq 15 dəqiqə buxarda bişirilib.
Nəticədə “sərbəst, lakin elastik” tekstura əldə olunub. Komanda bu düyünün “xoş dadı” və “aşağı şəkər tərkibi” ilə sağlam qidalanma tələblərinə uyğun olduğunu qeyd edib.
Samir