Rusiya gələn il Rusiya-Ukrayna müharibəsinin xərclərini nəzərdə tutan Milli Rifah Fondunun (NWF) maliyyələşdirilməsi üçün əsas büdcə qaydasını dəyişə bilər. Bu, Rusiya neft şirkətləri üçün ayırma mexanizminin dəyişdirilməsini nəzərdə tutur.
HİT.az xəbər verir ki, "Bloomberg"in mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya hökuməti gələn ildən neftin bir barelinin qiyməti 50 dollar və ya daha yüksək olduqda, dünya bazarında “qara qızıl”ın dəyərinin aşağı səviyyədə qalması şərti ilə neft şirkətlərindən artıq gəlirlərini Milli Rifah Fonduna köçürməli olacaq variantı nəzərdən keçirir. Hazırda neftin qiyməti 60 dollar/bareldən çox olarsa, şirkətlərdən Fonda pay ayırmaq tələb olunur.
Eyni zamanda "Bloomberg"in həmsöhbəti əlavə edir ki, bu məsələ ilə bağlı müzakirələr yeni başlayıb. O əlavə edir ki, Kreml dünya bazarında neftin qiymətinin gözləniləndən aşağı qalacağını gözləyir. Nəticədə, Ukrayna ilə hərbi əməliyyatlar davam edərsə, Rusiya Federasiyası çox güman ki, müharibəni maliyyələşdirmək üçün dövlət xərclərini azaltmalı olacaq.
Nəşr xatırladır ki, neft və qaz satışından əldə olunan pul Rusiya Federasiyasının bütün gəlirlərinin 30%-ni təmin edir.
Rusiya uzun müddətdir ki, Milli Rifah Fondundan qlobal neft qiymətlərinin düşməsindən sığorta növü kimi istifadə edir. Büdcə qaydası mexanizminə əsasən, Rusiya neft şirkətləri “qara qızıl”ın qiyməti bir barel üçün 60 dolları ötdükdə Fonda izafi gəlirlər ödəyirlər. Yığılmış ehtiyatlar daha sonra dünya qiymətlərinin düşməsini kompensasiya etməyə kömək edir.
İşğal başlayandan sonra Rusiya Federasiyası müharibə xərclərini Milli Rifah Fondu ilə maliyyələşdirdi, bu da onu tükəndirib. Təşkilatın hesablarında işğal başlamazdan əvvəl 2022-ci ilin əvvəlində 8,4 trilyon rubl olduğu halda, aprel ayına kimi 3,3 trilyon rubl (41 milyard dollar) qalıb. Hazırkı 60 dollarlıq həddi ixrac qiymətlərinin bu səviyyədən aşağı düşməsi səbəbindən onun maliyyələşdirilməsini nəzərdə tutmur.
Samir