Şahzadə Uilyam qardaşı Harri və onun həyat yoldaşı Meqan Marklla münasibətləri daha əvvəl kəsmədiyinə görə təəssüfləndiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri kral ailəsinə yaxın mənbəyə istinadla məlumat yayıb.
"Onlar hazırda ünsiyyətdə deyillər. Uilyam artıq bu məsələni arxada qoyub. O, hesab edir ki, Harri və Meqan Marklın kral titulları məsələsi onlar ailədən ayrılarkən dərhal və düzgün şəkildə həll olunmalı idi. Əgər bu baş versəydi, Uilyam onları kral ailəsindən tamamilə uzaqlaşdırardı və bu addımı atmadığına görə təəssüflənir", deyə mənbə bildirib.
İnsayderin sözlərinə görə, prins Uilyam qardaşı Harriyə qarşı kəskin mövqedədir:
"Uilyam səbrini tamamilə itirib. O, qardaşı ilə heç bir məsələdə açıq mübahisəyə girmək istəmir və artıq bu vəziyyətdən bezib. Uilyam düşünür ki, əgər Harri ailədən getmək qərarı veribsə, bunun nəticələrinə də razı olmalıdır".
Bundan əvvəl "Daily Beast" nəşri də kral ailəsinə yaxın mənbəyə istinadla yazmışdı ki, Meqan Markl şəxsi "As Ever" brendini təbliğ edərkən "Onun Kral Məqamı" (Her Royal Highness) titulundan istifadə edir. Bu isə mərhum kraliça II Elizabetlə əldə edilmiş razılaşmanın pozulması kimi qiymətləndirilir. Həmin mənbənin bildirdiyinə görə, şahzadə Uilyam bu addımdan narazıdır və qardaşı ilə həyat yoldaşının titullarının, xüsusilə kralın tacqoyma mərasimindən sonra, alınmasını istəyir.
Samir