Trampın komandası Baydenin "böyük sirrini" açıqlamağa hazırlaşır

DÜNYA
14:26 / 08.05.2025
49

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası keçmiş ölkə rəhbəri Co Baydenin indiyədək ictimaiyyətə təqdim olunmamış müsahibəsinin səs yazısını dərc etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səs yazısı Baydenin xüsusi prokuror Robert Hur ilə keçirdiyi müsahibəni əhatə edir. Hur həmin dövrdə Baydenin gizli sənədləri saxlaması məsələsini araşdırır və onun zehni vəziyyəti ilə bağlı suallar qaldırırdı.

Trampa yaxın vəkil Mayk Deyvis "Politico"ya bildirib ki, bu səs yazısı uzun müddət gizli saxlanılan bir həqiqəti üzə çıxaracaq. Qeyd olunur ki, Baydenin komandası da bu səs yazısının mümkün dərcinə hazırlaşır.

Donald Tramp dəfələrlə Co Baydeni prezident vəzifəsindəki fəaliyyəti ilə bağlı sərt tənqid edib. O, Baydeni korrupsiyada ittiham edib, onu "zorba" və ABŞ tarixində "ən zəif prezident" adlandırıb.

Trampın fikrincə, Baydenin rəhbərliyi dövründə ABŞ "azad olmayan bir ölkəyə" çevrilib və burada "ifadə azadlığı pozulur". Hazırkı prezident isə Trampı ölkədə yüksək inflyasiyanın səbəbkarı hesab edir.

Samir

0