Avropa İttifaqının xarici siyasət komissarı Kaya Kallas Rusiyanı "oyun oynamaqda" günahlandıraraq Ukraynada atəşkəsə çağırıb.
HİT.az "The Guardian"a istinadən xəbər verir ki, Kallas Rusiyanın həmin gecə Ukrayna ərazisinə yenidən 100-dən çox pilotsuz uçan aparatı buraxdığını xatırladıb və Moskvanı atəşkəslə razılaşmağa məcbur etmək üçün təzyiqi artırmağa çağırıb.
"Biz Rusiyaya təzyiq etməliyik ki, həqiqətən də sülh istəyir, oturub Ukrayna ilə danışsın", deyə Kallas bildirib.
O vurğulayıb ki, birinci prioritet atəşkəs, ardınca isə danışıqlar olmalıdır:
"Əgər onlar bunu etsələr, Ukraynanı daim bombalamağa davam etsələr, atəşkəs olmasa, atəş altında danışıqlar mümkün deyil".
Eyni mövqeni Fransanın xarici işlər naziri Jan-Noel Barrot da bildirib və bəyan edib ki, Rusiya atəşkəslə razılaşmasa, külli miqdarda sanksiyalarla üzləşə bilər. O bildirib ki, Fransanın mövqeyi çox aydındır: Biz sülh istəyirik, danışıqlar istəyirik, çünki danışıqların qarşısının alınması üçün havada, dənizdə və quruda 30 gün qeyd-şərtsiz atəşkəs. Prezident Zelenski dəfələrlə göstərdi ki, danışıqlara açıqdır, diplomatiya istəyir, sülh istəyir... Bu arada Putinin yeganə cavabı yeni bombardmanlar oldu".
Barrot deyib ki, əgər Rusiya yenidən diplomatiya ilə ciddi məşğul olmaqdan imtina edərsə və Ukrayna xalqına qarşı təcavüzünü davam etdirərsə, Fransa diplomatiya və genişmiqyaslı sanksiyalarda israr edəcək.
Samir