Çin hegemonluğa qarşı Latın Amerikası ilə əməkdaşlıq edəcək

DÜNYA
17:22 / 12.05.2025
46

Çin beynəlxalq arenada hegemonluğa qarşı mübarizədə Venesuela və digər Latın Amerikası ölkələri ilə birgə güclərini birləşdirəcək. 

HİT.az xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi xarici siyasət idarəsinin saytında Çinin xarici işlər naziri Van Yi bildirib.

Diplomat Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə görüşündə qlobal siyasi səhnədəki vəziyyətdən danışıb. Danışıqlar Pekində baş tutub.

"Latın Amerikası ölkələrinin beynəlxalq səhnəyə çıxması qaçılmaz tarixi tendensiyadır: Çin regional dövlətlərin həmrəylik və özünə güvənmə siyasətini qətiyyətlə dəstəkləyir, onların beynəlxalq və regional məsələlərin həllində rolunu gücləndirir", deyə Van Yi bildirib.

O əlavə edib ki, Çin hegemonluğa qarşı çıxmaq və beynəlxalq ədaləti qorumaq üçün Venesuela hökuməti və digər Latın Amerikası ölkələrinin hakimiyyət orqanları ilə əməkdaşlığa hazırdır. Diplomatın sözlərinə görə, Pekin və Karakas birgə qlobal problemlərin həllinə çoxtərəfli yanaşmanı və dövlətlərin qanuni hüquqlarını müdafiə edəcəklər. Bu həm Çinəa, həm Venesuelanın özünə, həm də müxtəlif inkişaf etməkdə olan ölkələrə aiddir.

Samir
 

0