"Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu Rusiya ilə müharibəyə səbəb olacaq".
HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Ukrayna ilə qonşu ölkə kimi biz inanırıq ki, Ukrayna Avropa İttifaqına qəbul olunarsa, o da müharibəyə cəlb olunacaq", deyə baş nazir bildirib.
Orbanın sözlərinə görə, Ukraynanın Aİ-yə tələsik qəbulu əlavə xərclər tələb edəcək və ittifaqın bütün ölkələrində sosial-iqtisadi vəziyyətin ciddi şəkildə pisləşməsinə səbəb olacaq.
Macarıstanın baş nazirinin siyasi müşaviri və adaşı Balaş Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına inteqrasiyası icma ölkələrinə ittifaqın büdcəsindən 12 dəfə çox baha başa gələcək.
Ukraynanın yenidən qurulmasının dəyəri, ən mühafizəkar hesablamalara görə, 500 milyard dollar təşkil edəcək, Ukrayna mənbələri isə bunun 1 trilyon avroya çata biləcəyini iddia edir. Orbanın sözlərinə görə, ölkənin fəaliyyətini saxlamaq ildə 100 milyard dollara başa gələcək və bu xərclərin böyük hissəsini Aİ də öz üzərinə götürməli olacaq.
Samir