Qadın evləndikdən sonra ərinin daha dörd arvadı olduğunu öyrəndi

DÜNYA
22:55 / 12.05.2025
140

Hindistanın Uttar-Pradeş ştatının Muzaffarnagar şəhərində yaşayan bir qadın müəllim evləndikdən qısa müddət sonra həyat yoldaşı haqqında şok bir həqiqəti öyrənib. 

HİT.az xəbər verir ki, "News9Live" portalının məlumatına görə, qadın ərinin artıq dörd qadınla da evli olduğunu aşkara çıxarıb və bu səbəbdən hüquq-mühafizə orqanlarına şikayət edib.

Müəllimin bildirdiyinə görə, o, polis əməkdaşı Raxul Kumarla rəsmi nikaha daxil olub. Lakin toydan az sonra Kumar onunla kobud davranmağa başlayıb: mütəmadi olaraq spirtli içki içir, qadına qarşı fiziki zorakılıq tətbiq edir və ona şiddət göstərirmiş. Zərərçəkənin sözlərinə görə, bu zorakılıqlardan biri nəticəsində o, hamiləliyinin üçüncü ayında uşaq itirib.

Hadisələrin gedişində qadın ərinin əslində çoxarvadlı olduğunu öyrənib. Onun iddiasına görə, Kumar daha əvvəl dörd qadınla da evlənib və onların heç biri ilə nikahını rəsmən pozmayıb. Hər dəfə yeni münasibət qurduqca, köhnə evliliklərini gizli saxlayaraq yeni toy mərasimləri keçirirmiş.

Zərərçəkmiş qadın həmçinin bildirib ki, Raxul Kumarın valideynləri onun bu davranışlarından xəbərdardır və buna göz yumurlar.

Samir

0