Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukraynadakı münaqişənin həllində həqiqətən maraqlı olduğuna şübhə etdiyini bildirib.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, o, Moskvanın İstanbulda danışıqlar təklifini belə qiymətləndirib.
Onun sözlərinə görə, Moskva oyun oynayır və vaxt udmağa çalışır.
Daha əvvəl "Bloomberg" mənbələrə istinadən yazmışdı ki, Avropa liderləri Moskvaya qarşı yeni sanksiyaların tətbiqi məsələsində ABŞ-a təzyiq etməzdən əvvəl Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların nəticələrini gözləyəcəklər. "Bloomberg" yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vlodimir Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya mayın 15-də dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, Avropa liderləri Amerika lideri Donald Trampı sanksiyalar tətbiq etməyə çağıracaq.
Samir