NATO-nun keçmiş baş katibi Rusiyanı Arktikada saxlamağa çağırır

DÜNYA
18:50 / 13.05.2025
55

"NATO Rusiyanı çəkindirmək üçün Arktikada daha ciddi rol oynamalıdır". 

HİT.az xəbər verir ki, bunu alyansın keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Onun sözlərinə görə, Rusiya Arktika bölgəsində yenidən silahlanır, həmçinin hava bazaları və digər hərbi obyektlər açır:

"Biz buna ciddi yanaşmalıyıq. Onların regionda ərazi ambisiyaları açıq şəkildə var. Buna cavab olaraq NATO Arktika strategiyasını hazırlamalı və daha güclü rol oynamalıdır".

Onun sözlərinə görə, NATO üzvləri regionda Rusiya sualtı qayıqlarını aşkar etmək üçün müşahidə imkanlarını gücləndirməyə diqqət yetirməlidirlər.

Rasmussen Rusiyanın müdafiə investisiyalarını ciddi problem adlandırıb və Avropanı bu sahədə məqsədyönlü xərcləri ÜDM-in 5 faizinə çatdırmağa çağırıb:

"Rusiyada müdafiəyə investisiyalar indi Avropanın qalan hissəsində müdafiəyə qoyulan ümumi investisiyaları üstələyir. Bu, ciddi problemdir. Əgər biz Putini cilovlamaq istəyiriksə, ondan daha çox sərmayə qoymalı olacağıq".

Samir

0