Tacikistan sosial mediada "like"lərə görə cinayət məsuliyyətini ləğv edir

DÜNYA
16:08 / 14.05.2025
59

Tacikistan prezidenti Emoməli Rəhmon sosial şəbəkələrdə bəyənmələrə (like) görə cinayət məsuliyyətini ləğv edib. 

HİT.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Nəşr qeyd edir ki, "Tacikistanın Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun "sosial şəbəkələrdə bəyənmə və ya digər işarənin yerləşdirilməsinə görə" cinayət məsuliyyətini ləğv edir.

Rəhmon ötən ilin dekabrında parlamentə illik müraciəti zamanı cinayət məcəlləsinin bu maddəsini tənqid edib. Ölkə Baş Prokurorluğunun məlumatına görə, media nümayəndələri də daxil olmaqla azı 500 nəfər sosial şəbəkələrdə bəyənmə və emojilərə görə cinayət cəzası alıb.

Samir
 

0