KİV: Starmerin evinin yandırılmasının arxasında düşmən dövlət dayana bilər

DÜNYA
17:30 / 14.05.2025
49

Böyük Britaniya hüquq-mühafizə orqanları baş nazir Kir Starmeri hədəf alan bir sıra yanğınları araşdırır, bəziləri isə bu işdə "düşmən dövlətin" iştirak etdiyini düşünür. 

HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.

"Terrorla mübarizə bölməsi yandırma hücumlarının arxasında düşmən dövlətin ola biləcəyi ehtimalını araşdırır", deyə qeyd edilib.

Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırmağa davam edir.

Mayın 12-də Böyük Britaniya polisi Starmerin evində baş verən yanğınla bağlı araşdırmaya başlayıb. Yanğınla bağlı ilk xəbəri “Times” qəzeti yayıb. Nəşrin məlumatına görə, yanğın binanın giriş qapısına ziyan vurub.

Starmerin Dovninq Stritdəki rəsmi iqamətgahına köçməzdən əvvəl təxminən 20 il yaşadığı ev Londonun şimalında, Countess Road-da yerləşir. Mətbuatın yazdığına görə, baş nazir hazırda evini kirayə verir.

Samir
 

0