Roma Papası: Münaqişə zamanı düşmənlə dialoq aparmaq lazımdır

DÜNYA
16:42 / 14.05.2025
54

"Münaqişədə tərəfləri yaxşı və pisə bölmək olmaz. Hətta düşmənlə də dialoq aparmaq lazımdır". 

HİT.az xəbər verir ki, bu barədə Roma Papası XIV Leo Şərq kilsələrinin nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

"Müqəddəs Taxt-Tac düşmənlərin görüşünə və bir-birinin gözlərinə baxmasına kömək etməyə hazırdır ki, ümid və sülhün ləyaqəti xalqlara qayıtsın", deyə pontifik bildirib.

O, xalqın sülh istədiyini deyib və hökmdarları görüşə və danışıqlara çağırıb. O vurğulayıb ki, sülh səpən, qurban verməyən adamda tarix yazılacaq: "Gəlin dünyanı yaxşı və pisə bölən tipik zorakı hekayədən əl çəkək".

Mayın 13-də İtaliyanın “La Repubblica” qəzeti Roma Papasının Ukraynaya səfər etmək planları barədə məlumat yayıb. Bundan əlavə, nəşrin məlumatına görə, pontifik Türkiyə və Peruya səfər etmək niyyətindədir. Bu üç ölkə Katolik Kilsəsinin rəhbəri seçildikdən sonra ilk səfər edəcək ölkə olacaq.

Samir
 

0