Dondurulmuş Rusiya aktivləri bu il Eurocleara nə qədər qazandırıb?

DÜNYA
18:00 / 14.05.2025
52

Euroclear-ın nəzarəti altında bloklanmış Rusiya aktivləri 2025-ci ilin mart ayının sonunda 195 milyard avro təşkil edib. 

HİT.az xəbər verir ki, depozitarın hesabatına görə, onların investisiyasından əldə olunan faiz gəlirləri şirkətə ötən rübdə 1,47 milyard avro gəlir gətirib.

Hesabatda həmçinin Euroclear-ın Rusiyanın əks tədbirləri nəticəsində məruz qaldığı itkilər də öz əksini tapıb. Onlar 22 milyon avro birbaşa itkilər və 9 milyon avro itirilmiş biznes gəlirləri təşkil edib. 2025-ci ilin birinci rübü üzrə mənfəət 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5% azalıb. Depozitar bunu faiz dərəcələrinin tədricən azalması ilə izah edib.

Euroclear-ın 2025-ci ilin birinci rübündə əldə etdiyi gəlirdən Belçika xəzinəsinə vergi ödənişləri 360 milyon avro təşkil edib. 2024-cü il fevralın 15-dən etibarən şirkət Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəəti Ukrayna üzrə Avropa Fonduna köçürəcək. Keçən il depozitar fondun hesabına 3,5 milyard avro köçürüb.

Samir

0