Meksikada "TikTok" platformasında makiyaj dərsləri ilə tanınan 23 yaşlı bloger Valeriya Markes canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.
Hit.az xəbər verir ki, hadisə Sapoopan şəhərində baş verib. Bloger işlədiyi gözəllik salonunda canlı yayımda olduğu vaxt odlu silahlı şəxs salona daxil olaraq atəş açıb.
Yayımın əvvəlində Valeriya bildirib ki, onun işdə olmadığı vaxt biri onun üçün bahalı hədiyyə buraxmağa cəhd edib, lakin o, həmin şəxsi gözləmək fikrində deyildi. Hadisənin baş verməsindən az öncə, kadrlarda kimsə ona binaya bir nəfərin yaxınlaşdığı barədə xəbərdarlıq edir. Bundan qısa müddət sonra silah səsləri eşidilib.
Valeriya Markes hadisə yerində həyatını itirib. Canlı yayım, atəş səslərinə baxmayaraq bir müddət davam edib və yalnız kimsə telefona yaxınlaşaraq kameranı söndürəndən sonra dayandırılıb.
Hadisə ilə bağlı Xalisko ştatının prokurorluğu istintaqa başlayıb.
Valeriya Markesin sosial şəbəkələrdə təxminən 200 min izləyicisi olub.
Samir