ABŞ Əfqanıstandakı Baqram hava bazasını saxlayacaq.
HİT.az xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasının hərbçiləri qarşısında çıxışı zamanı bildirib.
"Biz Baqram hava bazasını saxlayacağıq" deyə ABŞ lideri bildirib.
Aprel ayında Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın keçmiş səfirliyinin divarında anti-Amerika mesajı olan pankartın göründüyü bildirilmişdi. ABŞ 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Əfqanıstana qoşun yeridib. Hədəfin hücumlara görə məsuliyyət daşıyan Əl-Qaidə qruplaşması (Rusiyada qadağan edilmiş təşkilat) olduğu bildirilir.
Missiyanın 2020-ci ildə dayandırılması ilə bağlı ilk müqaviləni Donald Tramp imzalayıb. Qoşunların çıxarılması 2021-ci ildə Co Baydenin rəhbərliyi altında həyata keçirilib. Amerika hərbçiləri getdikdən sonra Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdi.
13 yanvar 2025-ci ildə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Bayden üç il əvvəl qoşunları Əfqanıstandan çıxarmaq üçün düzgün strateji qərar verib və tarix bu qərarı müsbət qiymətləndirib.
Samir