Britaniya üçüncü ölkələrdə qaçqınlar üçün mərkəzlər yaradacaq

DÜNYA
22:16 / 15.05.2025
45

Britaniya hakimiyyəti sığınacaqdan imtina edilmiş insanlar üçün “geri qaytarma mərkəzləri”nin yaradılması ilə bağlı digər ölkələrlə danışıqlara başlamağı planlaşdırır. 

HİT.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer bu barədə cümə axşamı Tiranada alban həmkarı Edi Rama ilə birgə mətbuat konfransında bildirib.

“Hazırda etmək istədiyimiz və müzakirə etdiyimiz şey Britaniyadan deportasiya edilməli olan sığınacaq axtaranlar üçün mərkəzdir. Yəni Britaniyadan deportasiya edilməli olanların geri qaytarılacağı yerlərdir", deyə Starmer bildirib.

Starmer daha əvvəl 2029-cu ilə qədər ölkəyə gələn miqrantların sayını azaltmaq və yaşayış icazəsi almaq qaydalarını sərtləşdirmək planlarını açıqlamışdı. Buna nail olmaq üçün hökumət Böyük Britaniyada daimi yaşamaq üçün yaşayış müddətini beş ildən on ilədək artırmaq, ingilis dilini bilmək üçün tələbləri artırmaq və immiqrasiya qanunvericiliyini sərtləşdirmək üçün digər tədbirlər görmək niyyətindədir.

Böyük Britaniyanın xalis miqrasiya göstəricisi ölkə 2020-ci ildə Aİ-dən çıxdıqdan sonra əhəmiyyətli dərəcədə artıb. 2023-cü ilin yanvar-iyun ayları arasında bu rəqəm 903 min nəfərə çatıb, 2024-cü ilin ortalarında isə 728 min nəfərə düşüb. Böyük Britaniyanın baş nazirinin sözlərinə görə, göstərici ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Bu arada Starmerin Leyboristlər hökuməti keçən ilin iyulunda qeyri-qanuni miqrantları Ruandaya deportasiya etmək proqramından imtina edib.

Samir

0