16 may tarixində İstanbulda keçiriləcək Ukrayna–Rusiya danışıqlarında ABŞ nümayəndəsinin iştirak etməyəcəyi ehtimal olunur.
HİT.az xəbər verir ki, bu barədə BBC müxbiri Tom Beytman məlumat verib. O, hazırda Türkiyədə olan jurnalistlər arasındadır.
Beytmanın sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun baş məsləhətçisi Maykl Enton Rusiya–Ukrayna–Türkiyə görüşündə iştirak etməyəcək: "Bildiyim qədərilə, amerikalı rəsmilər danışıqlarda olmayacaq və Enton yalnız Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə ayrıca görüş keçirəcək".
Eyni zamanda, "İnterfaks" agentliyi öz mənbələrinə istinadla bildirib ki, Rusiya nümayəndə heyəti ABŞ-ın danışıqlarda iştirakına qarşı çıxıb. Məlumata görə, Türkiyə tərəfi isə yalnız açılış nitqi ilə çıxış edəcək və danışıqları tərk edəcək.
Samir