Fransanın Rona bölgəsində bir kişi 28 il ərzində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün məhkəməyə veriləcək.
HİT.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.
Adi yol polisi yoxlaması gözlənilməz hadisəyə çevrilib və təcrübəli polis əməkdaşlarını belə təəccübləndirib. Saxlanılan şəxsin sürücülük vəsiqəsinin 1997-ci ildə sərxoş vəziyyətdə sükan arxasında yaxalandıqdan sonra ləğv edildiyi müəyyən olunub. Kişi polisə bildirib ki, o vaxtdan bəri vəsiqəni bərpa etməyə cəhd etməyib və istifadə müddəti keçmiş vəsiqəsinə “son istifadə tarixi keçmiş, amma hələ yeyilə bilən yoqurt” kimi yanaşdığını deyib.
Araşdırma zamanı məlum olub ki, onun idarə etdiyi nəqliyyat vasitəsinin nə məcburi sığortası var, nə də texniki baxışdan keçib. Fransız sürücü etiraf edib ki, vəsiqəsi olmadığından avtomobili sığortalamağın və texniki baxışdan keçirməyin də mənasız olduğunu düşünüb.
Ən maraqlı məqam isə bu qədər il ərzində onun necə polis nəzarətindən yayına bildiyidir. Yol polisi əməkdaşlarının bildirdiyinə görə, kişi həm cərimələnib, həm də məhkəməyə çağırılıb.
Samir