Tələbə mikro dronlar üçün dünya sürət rekordunu müəyyənləşdirdi

DÜNYA
18:59 / 16.05.2025
48

Çinli tələbə Xu Yanq 3D çaplı mikrodronu 340,78 km/saat rekord sürətə çatdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. 

HİT.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

“Sınaq məlumatlarına əsasən, mən rəsmi sürətin təxminən 320 km/saat olacağını düşünürdüm, lakin onun 340 km/saat, hətta arxa küləyi ilə 358 km/saat həddinə çatacağını gözləmirdim”, deyə tələbə bildirib.

Çəkisi 250 qramdan az olan "Prowess" mikrodronu yüngül karbon lifli çərçivəyə və ultra nazik 3D çap korpusuna malikdir. Yüksək sürətli pervaneler ilə təchiz edilib.

Xu Yanq keçən ilin oktyabrında 244 km/saat müəyyən etdiyi əvvəlki rekordunu qırıb və daha da yüksək sürət əldə etmək üçün mühərriki və pervaneyi təkmilləşdirməyə davam etmək niyyətindədir.

Samir
 

0