Litvanın paytaxtı Vilnüs 2025-ci ilin yayında ən dəbli yay məkanı seçilib.
HİT.az xəbər verir ki, bu, "Kayak" səyahət axtarış platformasının rezervasiya məlumatlarını araşdırdıqdan və bu ilin 2025-ci ilin yayında turistlərin radarlarında daha az tanınan istiqamətlərin göründüyünü aşkar etdikdən sonra gəldiyi nəticədir.
"Faiz ifadəsində keçən illə müqayisədə ən böyük faiz artımı Vilnüsdə müşahidə olunub - 105%", deyə "Time Out" qeyd edib.
Reytinqdə ikinci yeri 84 faizlə Zimbabvenin ikinci böyük şəhəri Bulavayo, üçüncü yeri isə 65 faizlə Cənubi Koreyanın paytaxtı Seul tutub.
"Kayak"a görə ən yaxşı 10 yay istiqamətləri
1. Vilnüs, Litva
2. Bulavayo, Zimbabve
3. Seul, Cənubi Koreya
4. Harare, Zimbabve
5. Mombasa, Keniya
6. Buenos Ayres, Argentina
7. Billund, Danimarka
8. Sürix, İsveçrə
9. Kişinyov, Moldova
10. Göteborq, İsveç
Eyni zamanda "Kayak" bu yay səyahətçilər tərəfindən ən çox axtarılan dünyanın 10 ən yaxşı şəhərini təqdim edib:
1. Banqkok, Tayland
2. Manila, Filippin
3. Nyu York, ABŞ
4. Faro, Portuqaliya
5. Malaqa, İspaniya
6. Alikante, İspaniya
7. Orlando, ABŞ
8. Tokio, Yaponiya
9. Kolombo, Şri Lanka
10. Barselona, İspaniya
Samir