Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, kollektiv Qərb ideyası artıq reallığa uyğun gəlmir.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, bu, ölkələr arasında əməkdaşlıq üçün əlavə imkan yaradır.
"Bu gün aydındır ki, bizim təsəvvür etdiyimiz kimi kollektiv Qərb artıq mövcud deyil. Əminəm ki, bir-birimizə doğru müəyyən addımlar atmaq və Serbiyada Avropanın gələcəyinə ümid oyatmaq şansı var", deyə Vuçiç Avropa Siyasi Birliyinin Tiranada keçirilən sammitində ildirib.
O qeyd edib ki, dünən Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Polşanın baş naziri Donald Tusk ilə görüşüb. Aleksandar Vuçiçin sözlərinə görə, görüş "gözəl" keçib. O, həmçinin Serbiyaya münasibətinə görə Tuska təşəkkür edib.
Bu gün Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti Aİ-yə üzv dövlətləri və üzvlüyə namizədləri bir araya gətirir. Serbiya 2012-ci ildən Avropa İttifaqına üzvlüyə namizəddir. Sammitdə Aİ-yə üzv dövlətlərin nümayəndələrinin Serbiyanın mayın 9-da Moskvaya səfərinin “nəticələrini” elan etmələri gözlənilirdi. Aprelin ortalarında Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bu barədə xəbərdarlıq edib.
Samir