İspaniya hakimiyyəti "Airbnb"dən 65 mindən çox turistik elanları silməyi tələb etdi

DÜNYA
21:36 / 19.05.2025
142

İspaniya hökuməti ölkədə kütləvi şəkildə artan turizmə qarşı mübarizə çərçivəsində, dünyaca məşhur "Airbnb" platformasından 65 minə yaxın turistik yaşayış elanını silməyi tələb edib. Qərarın səbəbi bu obyektlərin qeydiyyat qaydalarını pozması və lisenziya məlumatlarının olmamasıdır.

HİT.az xəbər verir ki, İspaniyanın İstehlakçı Hüquqları Nazirliyinin verdiyi açıqlamaya görə, silinən elanlar arasında lisenziya nömrələrinin göstərilməməsi, mülkiyyətçi barədə qeyri-müəyyən məlumatlar və sənədlərdəki uyğunsuzluqlar əsas səbəblərdir.

Qərar, ölkədə son illər artmaqda olan təhlükəli turizm yükü və yaşayış böhranı fonunda verilib. Ən çox zərbə alan bölgələr isə Barselona və Madrid olub. Yerli sakinlər Airbnb və digər qısa müddətli kirayə platformalarını yaşayış qiymətlərinin artmasına, yerli bazarın qeyri-əlçatan olmasına və sosial balansın pozulmasına səbəb olmaqda ittiham edirlər.

İspaniyanın istehlakçı işləri naziri Pablo Bustinduy jurnalistlərə açıqlamasında bildirib: “Nəzarətsizliyə və qeyri-qanuni fəaliyyətə son qoyulmalıdır. Artıq bəhanələrə yer yoxdur – ölkəmizdə yaşayış hüququ üzərindən qazanc əldə edənlərin müdafiəsinə son verilməlidir”.

2024-cü ilin noyabrına olan rəsmi statistikaya görə, İspaniyada turistik kirayə üçün lisenziyaya sahib təxminən 321 min mənzil mövcuddur – bu, 2020-ci illə müqayisədə 15% artım deməkdir. Lakin hökumətin fikrincə, minlərlə ev sahibi fəaliyyətini lisenziyasız şəkildə davam etdirir. Bu səbəbdən nazirlik ötən ilin dekabrında "Airbnb"yə qarşı rəsmi araşdırma başladıb.

2024-cü ilin noyabrına olan rəsmi statistikaya görə, İspaniyada turistik kirayə üçün lisenziyaya sahib təxminən 321 min mənzil mövcuddur – bu, 2020-ci illə müqayisədə 15% artım deməkdir. Lakin hökumətin fikrincə, minlərlə ev sahibi fəaliyyətini lisenziyasız şəkildə davam etdirir. Bu səbəbdən nazirlik ötən ilin dekabrında "Airbnb"yə qarşı rəsmi araşdırma başladıb.

"Airbnb" tərəfindən verilən açıqlamada, İspaniya hökumətinin bu qərarına etiraz ifadə olunub. Şirkət bildirir ki, nazirlik onlara uyğunsuz elanların siyahısını təqdim etməyib və bir çox ev sahibi üçün lisenziya tələb olunmur. Şirkət əlavə edib ki, nazirliyin bu sahədə qanuni səlahiyyəti yoxdur, çünki "Airbnb" rəqəmsal platforma kimi fəaliyyət göstərir, emlak agentliyi kimi yox.

Xatırladaq ki, İspaniyanın ən çox turist qəbul edən bölgəsi olan Kataloniya da bu prosesin tərkib hissəsi kimi turist vergisinin artırılması planlarını nəzərdən keçirmiş, lakin bu artım qərarı müvəqqəti olaraq ertələnmişdi.

Samir

0