Litva prezidenti Gitanas Nauseda bildirib ki, region ölkələri Belarus hakimiyyətini miqrasiya böhranını təhrik etməkdə günahkar hesab etdikləri üçün Belarusa qarşı iddiaya qoşula bilərlər.
HİT.az xəbər verir ki, bir gün əvvəl Vilnüs Haaqa Beynəlxalq Məhkəməsinə iddia qaldırıb. Litva səlahiyyətlilərinə görə, Belarus "miqrantların Litvaya geniş miqyaslı idxalına" cavabdehdir.
"İnanıram ki, tərəfdaşlarımızın sonrakı mərhələdə qoşulma ehtimalı həmişə var. Liderlik nümayiş etdirməyimiz çox yaxşıdır. Biz bununla qonşu ölkələrdə baş verənlərin bizim üçün qəbuledilməz olduğunu göstərdik", deyə Nauseda "Ziniu radijas"a bildirib.
Onun sözlərinə görə, Belarusun hərəkətləri beynəlxalq hüququ pozur. Litva prezidenti əlavə edib ki, qeyri-qanuni miqrasiya keçmişin fenomenidir və indiki şəraitdə həm Baltikyanı ölkələr, həm də bütövlükdə Avropa İttifaqı üçün vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq və əlavə problemlər yaratmaq məqsədi ilə həyata keçirilir.
2021-ci ildə Litva, Latviya və Polşanın səlahiyyətli orqanları Belarusla sərhəddə Yaxın Şərq və Afrikadan olan qanunsuz miqrantların sayının artdığını bildiriblər. Miqrasiya Xidmətinin məlumatına görə, 2021-ci ildə Litva sərhədçiləri Belarus ərazisindən 23,5 mindən çox qeyri-qanuni immiqrantın sərhədi keçməsinə icazə verməyib. Baltikyanı ölkələr miqrantların gətirilməsini Minskin təşkil etdiyini iddia edirdilər. Belarus bu ittihamları qəti şəkildə rədd edib.
Samir