Kosta-Rika həbsxanasında narkotik qaçaqmalçılığı üçün istifadə edilən pişik tapılıb.
HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Həbsxana nəzarətçiləri pişiyi mayın 6-da bədəninə yapışdırılmış 235,65 qram marixuana və 67,76 qram heroin olan çantalarla görüblər.
Səlahiyyətlilər bildiriblər ki, narkotiklər müsadirə edilib. Pişik tibbi müayinə üçün Milli Heyvan Sağlamlığı Xidmətinə təhvil verilib.
Bundan əvvəl İvanovo vilayətindəki cəzaçəkmə koloniyasında nəzarət-buraxılış məntəqəsində narkotik kuryer pişiyi yaxalanmışdı. Heyvanın yaxasında qadağan olunmuş maddələr gizlədilib. Mütəxəssislər bağlamaların içərisində metadon və metilefedron olduğunu müəyyən ediblər.
2024-cü ildə Meksika körfəzində yaşayan delfinlərdə narkotik tapıldığı bildirilmişdi. Araşdırma nəticəsində məlum olub ki, fentanil və digər dərmanlar onlarla insanda aşkar edilib.
Samir